backend

İki ay əvvəl arvadını öldürən 80 yaşlı kişi həbsdə öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Lənkəranda iki ay əvvəl arvadını öldürən 80 yaşlı kişi həbsdə ölüb.
APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada müalicə alan Xanoğlan Əlican oğlu Əzizov dünyasını dəyişib.
Qeyd edək ki, məlum qətl hadisəsi bu ilin iyununda Lənkəran şəhərində qeydə alınıb. Şəhər sakini, 1937-ci il təvəllüdlü Əzizov Xanoğlan ailə münaqişəsi zəminində həyat yoldaşı, 1964-cü il təvəllüdlü İsmayılova Almağülü qətlə yetirib.