Musleranın ayağı sındıbackend

Musleranın ayağı sındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qalatasaray” klubunun qapıçısı Fernando Muslera Türkiyə çempionatının 27-ci turunda səfərdə “Rizespor”la oyunda rəqib futbolçu ilə toqquşaraq iki yerdən ayağını sındırıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, uruqvaylı qolkiperi dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırıblar.

Futbolçunun zədəsinin bərpa müddəti hələ məlum deyil.

Qeyd edək ki, “Qalatasaray” həmin oyunda 2:0 hesabı ilə məğlub olub.

“Qalatasaray” Türkiyə çempionatında aktivində 50 xalla üçüncü yerdədir. “Rizespor” isə 28 xalla 14-cü yerdə qərarlaşıb.