backend

Seymur Orucov: "Gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdırlar"

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsi də uğurla inkişaf edir». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.
S.Orucov bildirib ki, gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx bağlıdır. Onun sözlərinə görə, gənclər ölkədə baş verən proseslərdə həm təşəbbüskar, həm də iştirakçıdırlar.
«Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənclərin yanında olmuş və hər zaman onlara dəstək vermişdir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi və dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirir. Bu siyasət ardıcıl olaraq davam edir»- deyə, S.Orucov qeyd edib.
//Editor.az