backend

Bakıda polis motosikleti qəzaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakının Səbail rayonunda yol qəzası baş verib.
“Report” xəbər verir ki, Badamdar qəsəbəsində 1987-ci il təvəllüdlü çavuş İsmayılov Vüsal Şəmsəddin oğlu idarə etdiyi Yol Patrul Xidmətinə məxsus xidməti motosikleti aşırıb.
Sürət yüksək olduğundan V.İsmayılov motosikletdən yerə yıxılıb və ağır xəsarət alıb.
Yaralı Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.