backend

Əlbəyaxa davada bıçaqlar işə düşdü: yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şirvanda 3 nəfər arasında yaranan münaqişə bıçaqlanma ilə nəticələnib.
Şirvan sakini, 1989-cu il təvəllüdlü Həmidov Vüqar Məhərrəm oğlu münaqişə zəminində həmyerlisi, 1968-ci il təvəllüdlü Məmmədov Musa Hüseynağa oğlunu bıçaqlayıb. M.Məmmədov Şirvan Şəhər Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub. Münaqişəyə səbəb M.Məmmədovla V.Həmidovun qardaşı, 1985-ci il təvəllüdlü Həmidov İlqar Məhərrəm oğlu arasında baş verən əlbəyaxa dava zamanı onu dəmir linglə vurması olub.
Sonuncu da aldığı xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Vüqar Həmidov polis tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır.

///apa