backend

Türkiyə Super Liqasının oyunları Azərbaycanda yayımlanacaq – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“CBC Sport” kanalı Türkiyə Super Liqasının oyunların yayım hüququnu alıb.
Editor.az-ın məlumatına görə, bu barədə kanalın rəsmisi Volkan Üst məlumat verib.
O bildirib ki, Türkiyə superliqasının oyunları tarixdə ilk dəfə Türkiyədən kənarda fəaliyyət göstərən və açıq yayımda olan kanal vasitəsi ilə yayımlanacaq: “Bu ilkə “CBC Sport” imza atdı.
Azərbaycana gələn gündən bu çempionatın burada yayımlanmasına çalışdım. Və budur çoxsaylı danışıqlardan sonra “Saran Holding”, “Digi Türk” və AFFA-dan olan dostlarmızın köməyi ilə biz, nəhayət, bu bayramı sizə yaşada biləcəyik. “Qalatasaray”, “Fənərbaxça”, “Beşiktaş”, “Trabzonspor” kimi köklü klublarla yanaşı, Türkiyə superliqasında mübarizə aparan digər komandaların oyunlarını da təqdim edəcəyik. Həftədə 2 görüşü canlı yayımlayacağıq”.
Volkan Üst həmçinin qeyd edib ki, işgüzar əlaqələrindən yararlanıb, derbi qarşılaşmalara və mərkəzi matçlara şərhçilərini  göndərməyə çalışacağıq: “Azərbaycan çempionatında olduğu kimi, meydanın kənarında “CBC Sport”un studiyasının quraşdırılmasına cəhd göstərəcəyik.
Beləliklə, Türkiyə futbolu ilə maraqlananlar, istəkli azarkeşlər superliqa oyunlarına artıq kafelərdə, xüsusi yüksək ödənişli peyk kanalları vasitəsilə deyil, Azərbaycanda sərbəst yayımda olan və bütün  ölkəni əhatə edən “CBC  Sport”la baxacaqlar.
Biz daim inkişafda olmağa, idmansevərlərin zövqünü oxşamağa çalışırıq. Ümid edirəm ki, futbol qurmanları Türkiyə superliqasının oyunlarını bizimlə izləyib, o gərgin və gözəl, özünəməxsus mübarizədən zövq alacaqlar”.