backend

Bakıda ağır yol qəzası: 2 ölü, 3 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda ağır yol qəzası baş verib.
Hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib. Yolda hərəkətdə olan “Opel” və “Mercedes” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 2 nəfərin öldüyü, 3 nəfərin isə xəsarət aldığı bildirilir.
Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətin bərpasına və tıxacın aradan qaldırılmasına çalışır.
///Trend