backend

40 yaşlı qadın yas mərasimində dirildi – Qohumlar dəhşətə gəldilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda qəribə hadisə baş verib.
Sarılıq xəstəliyinə görə öldüyü deyilən qadın yas mərasimində qohumlarını şoka salıb.
O, 2 ay müddətinə xəstəxanada qalsa da, ailəsi onu evə aparmaq qərarına gəlib. Sonra isə qadının yolda öldüyünü düşünüblər.
40 yaşlı Rathnam adlı qadının qohumları onun üçün yas mərasimi təşkil ediblər. Ayinlər oxunan zaman qadın hərəkət edib. Qorxuya düşən qohumlar polisə xəbər veriblər.
Hadisə yerinə gələn polis və həkimlər qadını xəstəxanaya çatdırıblar. Xəstəxanadan bildirilib ki, qadın ölməyib. Qohumlar onun ölümü təsdiqlənmədən yas mərasimi təşkil ediblər.
Qadın bir neçə saat sonra xəstəxanada vəfat edib.
///milli.az