backend

Bakı polisinin şöbə rəisinin düşdüyü qəza ilə bağlı YENİ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Ötən gün axşam saatlarında “Subaru” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfərin ölməsi, üç nəfərin yaralanması faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, qəzada “Opel” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlu və sərnişini, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlu ölüb. Daha üç nəfər – 1984-cü il təvəllüdlü Cəbiyev Əflatun Güləli oğlu, 1976-cı il təvəllüdlü Məmmədov Mahir Müqabil oğlu və 1999-cu il təvəllüdlü Süleymanlı Atilla Nazir oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
“Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur. Qəzada o, yüngül xəsarət alıb.
///APA