Daha bir toyda qanqaraldan hadisə – 7 nəfər zəhərləndi

12:13 | 8 Sentyabr, 2017

Bərdə rayonundakı restoranların birində 7 nəfər qidadan zəhərlənib.
Editor.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən gün Bərdə rayonunun Yeni Daşkənd kəndindəki restoranların birindən rayon sakinləri olan 7 nəfər qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilib.