Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdibackend

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnstaqramda “Giveaway” təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb.
Shownews xəbər verir ki, qonorar qarşılığında “Giveaway” reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələrə müxtəlif vədlər verilib. Amma nəticə heç də gözlənilən olmayıb. Yarışmanı təşkil edən şəxs “Giveaway”i yarıda saxlayıb. Və yarışmaya sponsor olan 160 şəxsə verilən vədlər reallaşmadığından narazılığını bildirib. Məsələ ilə bağlı Aysun İsmayılova da danışmaq qərarına gəlib. O, günahkar olaraq təşkilatçını görüb: “Mən “Giveaway” keçirməmişəm. Qonorarımı alıb cəmi 1 dəfə paylaşım etmişəm. Mənim heç kəsi aldatmaq niyyətim olmayıb. Təşkilatçının sponsorlara verdiyi vədlərdən də məlumatsız olmuşam. Mən bilsəydim belə bir vədlər verilib, mən özüm təşkilatçıya dəstək olardım. Təki bu qədər insanın etibarını itirməyək. Həmin insanlara görə çox üzgünəm. Kaş ki, onlara dəstək olmaq üçün əlimdən nə isə gələrdi”. Müğənni həmçinin onu da əlavə edib ki, bir daha bu cür
“Giveaway”lərə qoşulmayacaq.

//Editor.az