backend

Havada şüalanma artıb – Meteohəssas insanların şikayətinə nazirlikdən cavab

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Adətən hava şəraitinin dəyişikliklərinə əsasən, atmosfer təzyiqinin tərəddüdləri, temperaturun kəskin yüksəlməsi və yaxud aşağı enməsi, eyni zamanda hava şəraitinin yağışlı, buludlu və ya çiskinli olması kimi hidrometeoroloji proseslər bir qrup insanlara öz təsirini göstərir.  Onlar meteohəssas insanlardır.
Son günlər də həmin insanlar müəyyən narahatlıqlarının olduğunu dilə gətirir. Səbəb kimi isə havada maqnit qasırğasının, şüalanmanın çox olduğu bildirilir. Digər tərəfdən Günəşdə növbəti altıncı partlayış da baş verib.
Maraqlıdır, bu,  havada maqnit qasırğasının yaranmasına səbəb ola bilərmi? Qeyd edilən fikirlər nə dərəcədə doğrudur?
Ekologiya və Təbii Sərvərlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova Modern.az-a bildirib ki, meteohəssas insanların maqnit burulğanlarını hiss etmə ehtimalı böyükdür:
“Günəşdə yaranan partlayışlar  adətən havada maqnit burulğanı yaradır. Maqnit burulğanı isə insanların narahat hiss etməsinə səbəb olur. Xüsusilə də meteohəssas insanlar bunu daha tez hiss edir. Partlayış olduğu halda havada atomların, ionların sayı çoxalır. Bu da  maqnit sahəsinin gücünü artırır və burulğanla nəticələnir.  Proses bizdən asılı olmayan bir şeydir. Astroloqlar mütəmadi olaraq Günəş üzərində müşahidə aparır və partlayışlar olan zaman  xəbərdarlıq edirlər. Təbii ki, maqnit burulğanını xəstə  və ya meteohəssas insanların hiss etməsi normaldır”.