backend

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstana səfərə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstana səfəri başlayıb.
Azərbaycan dövlət başçısını Astanada hava limanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb.
Xatırladaq ki, sentyabrın 10-11-də Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İƏT-in elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan 80 nümayəndə heyəti iştirak edəcək.
Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərgisinin rəsmi açılış mərasimi olacaq.
//APA