Tovuzda ağır yol qəzası – Yaralılar var – TAM SİYAHI

14:12 | 9 Sentyabr, 2017

Tovuz rayonunda baş verən yol qəzasında xəsarət alan 5 nəfərin adları məlum olub.
Hadisə nəticəsində xəsarət alanlar – 1981-ci il təvəllüdlü Bəhmənov Nəsib Mansur oğlu, 1987-ci il təvəllüdlü Qasımov Bağban İlham oğlu, 1978-ci il təvəllüdlü İbadov Asif Əmir oğlu, Həsənli Vüqar və Sədi Nəsibovdur. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.
Xəstəxanadan verilən məlumata görə, hazırda yaralılardan V.Həsənli və S.Nəsibovun vəziyyəti kritikdir.
Qeyd edək ki, bu gün səhər saatlarında Tovuz rayonu ərazisində 60-BN-016 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Avtomobildə olan və xəsarət alanlar dərman firmasının işçiləridir.
Faktla bağlı araşdırma aparılır.

///Trend