16 yaşlı TikTok ulduzu intihar etdi — FOTObackend

16 yaşlı TikTok ulduzu intihar etdi — FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanın 16 yaşlı məşhur TikTok ulduzu Siya Kakkar intihar edib.

Hadisə ötən gün Yeni Delidə baş verib. Onun ölümü ilə bağlı məlumatı meneceri Arcun Sarin təsdiqləyib.

“Gecə onunla danışdıq. Yeni layihələri müzakirə etdik. Normal danışırdı. Ola bilsin ki, şəxsi problemi olub. İşi ilə bağlı hər şey yolunda gedirdi” deyə, o, bildirib.

Siyanın TikTok-da 1,5 milyon izləyicisi var idi. Ölümündən bir neçə saat əvvəl o, yaşadığı binanın damından video paylaşıb.

Yaxınlarının dediyinə görə, sosial şəbəkə ulduzu dəfələrlə təhdid edilib. Onun hansı səbəbdən özünü öldürdüyü araşdırılır.

16 yaşlı TikTok ulduzu intihar etdi — FOTO

//olke.az