ANS-in keçmiş aparıcısının anası koronavirusdan VƏFAT ETDİ

14:53 | 29 İyun, 2020

ANS telekanalının keçmiş aparıcısı Nəzrin Əhmədovanın anası koronovirus səbəbi ilə vəfat edib.
Bu barədə jurnalist Tuncay Türbəndəzadə sosial şəbəkədə məlumat veriblər.

“Bu gün çox ağır xəbər aldım. ANS TV-dən tanıdığımız Nəzrin Əhmədovanın anası bu gün koronavirusdan vəfat edib.

Neçə gün idi ki, həm anası, həm də atası bu virusdan əziyyət çəkirdilər. Nəzrinin qərib ölkədə onlara görə necə narahat olduğunu bilirdik. Hamımız dua edirdik ki, hər şey yaxşı olsun. Amma olmadı.
Allah rəhmət eləsin”.

Qeyd edək ki, Nəzrin Əhmədova bir müddətdir ki, İspaniyada yaşayır.

//Olke.az

Mövzunu Facebookda şərh et