Bakıda 2 qardaş avtoservisi qarət etdi

15:31 | 29 İyun, 2020

Bakıda avtoservisdən oğurluq edən şəxs yaxalanıb.

Editor.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Babək prospektində yerləşən avtoservisdə baş verib. Naməlum şəxs ordadan 5 min manatlıq ehtiyat hissələri oğurlayıb.

Nizami rayon Polis İdarəsindən 23-cü Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Bərdə rayon sakinləri, əvvəllər məhkum olunmuşlar 1963-cü il təvəllüdlü Telman Rəhimov və onun qardaşı 1982-ci il təvəllüdlü Sənan Rəhimov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et