Koronavirusu aşkar edən “ağıllı” üzük yaradıldı

15:45 | 29 İyun, 2020

Milli Basketbol Assosiasiyası (MBA) basketbolçulara “Oura Smart Ring” adlandırılan “ağıllı” üzük taxmağı tövsiyə edib.

Editor.az oxu.az-a istinadən xəbər verir verib ki, üzük koronavirus pandemiyasının simptomlarını aşkar edir.

Xəbərdə qeyd olunur ki, “ağıllı” üzük üç gün öncədən COVID-19 virusunu 90 faiz dəqiqliklə müəyyən etmək iqtidarındadır.

Bundan əlavə, üzük bədənin hərarətini, tənəffüs yollarının funksiyasını, ürək döyüntülərini izləyə bilir.

Qeyd edək ki, MBA-da müntəzəm çempionat martın 12-də dayandırılıb. Yarışın fərqli formatda iyulun 31-də bərpa olunması planlaşdırılır.

Mövzunu Facebookda şərh et