Arvadının məzarının üstündə intihar etdi

19:39 | 29 İyun, 2020

Türkiyənin Aydın vilayətinin Efeler rayonunda bir kişi bir il əvvəl vəfat etmiş arvadının qəbrinin yaxınlığında başından güllələnmiş vəziyyətdə tapılıb.

Editor.az oxu.az-a istinadən bildirir ki, qəbiristanlıqda silah səsi eşidən şəxslər polisə xəbər veriblər.

Hadisə yerinə gələn asayiş keşikçiləri orada başından güllə ilə vurulmuş kişini tapıblar.

İntihar etmiş şəxsin 60 yaşlı Tayfun Şikol olduğu müəyyən edilib. Onun cəsədi ekspertiza üçün morqa aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mövzunu Facebookda şərh et