Bakıda kütləvi dava: 3 nəfər bıçaqlandı

16:30 | 11 Sentyabr, 2017

Bakıda kütləvi dava olub.
Binəqədi rayonu Hökməli qəsəbəsindən Nihad Əliyev, Elnur Kərimov və Sənan Cəfərov adlı 3 nəfər kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Onların dava-dalaş zamanı bıçaqlandığı məlum olub.
Artıq hadisə ilə bağlı 1 nəfər saxlanılıb. Bu, paytaxt sakini Sadıqov Emin Akif oğludur.
Araşdırma aparılır.
///lent.az