Belarus prezidenti: “ABŞ Çin qarşısında mövqelərini itirir”

21:14 | 29 İyun, 2020

Belarus Prezidenti Aleksandr Lukaşenko Çin və ABŞ-ın dünyanı yenidən bölüşdürmək uğrunda mübarizə apardıqlarını bildirib.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, A.Lukaşenkonun sözlərinə görə, “yeni fövqəldövlət” ABŞ-a meydan oxuyur. O, həmçinin, Çini “güclü nüvə nəhəngi” adlandırıb.

“Əlbəttə, bu, amerikalıları narahat edir. İnhisarçını narahat etmək nə deməkdir? Bu, yoxsullaşmaq deməkdir”, – deyə A.Lukaşenko bildirib.

Belarus lideri, eyni zamanda, Çinin ixrac baxımından birinci, istehsal üzrə isə ABŞ-dan sonra ikinci yerdə olduğunu xatırladıb. Prezident əlavə edib ki, Çin ən müasir silahları mənimsəyib və “kosmosa çıxıb”.

“ABŞ mövqelərini itirməyə başlaması təhlükəsini hiss edir”, – deyə A.Lukaşenko vurğulayıb.

Mövzunu Facebookda şərh et