İranda hökuməti tənqid edən aktrisaya iş verildi

21:24 | 29 İyun, 2020

İranın məşhur aktrisası Taraneh Alidoostiyə beş ay müddətinə həbs cəzası verilib.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, kino ulduzu hökumət əleyhinə çıxışlar etməkdə ittiham olunur.

Sənətçinin vəkili Kaveh Rad tvitterdə yazıb ki, aktrisanın 2 illik həbsi istənilib, lakin mübarizə nəticəsində cəza 5 aya endirilib.

Qeyd edək ki, Taraneh “Biz vətəndaş deyilik, məhkumuq, milyonlarla məhkum”, – deyə status yazmış, tvitterdə örpək taxmayan qadını təhqir edən əxlaq polislərini tənqid etmişdi.

Mövzunu Facebookda şərh et