“Yarım kalan aşklar”ın heyətində koronavirus aşkarlandı

21:28 | 29 İyun, 2020

Türkiyədə koronavirusa görə çəkilişləri təxirə salınan “Yarım kalan aşklar” serialının çəkilişləri karantin rejiminin yumşaldılması çərçivəsində yenidən davam etdirilib.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, baş rollarını Dilan Çiçək Dəniz və Burak Dənizin oynadığı serialın çəkiliş qrupunun vizajistində koronavirus aşkarlanıb.

Qeyd olunur ki, testi müsbət çıxan vizajistin assistentlərində da koronavirus infeksiyası müəyyən edilib.

Serialın çəkilişinə yeni vizajist komandası ilə davam etmək qərarı verilib.

Mövzunu Facebookda şərh et