“Mediasiya haqqında” qanunun qüvvəyə minmə tarixi uzadıldı

21:39 | 29 İyun, 2020

Prezident İlham Əliyev “Mediasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu qanunun 3.2-ci, 28-ci və 29-cu maddələri və həmin maddələrlə bağlı olan müddəalar 2021-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qanunun 2020-ci il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.

Mövzunu Facebookda şərh et