İranda koronavirusa qarşı peyvəndlərin istehsal tarixi açıqlandı

21:53 | 29 İyun, 2020

İranın bəzi innovasiya müəssisələri COVID-19 əleyhinə peyvəndin hazırlanması üzərində işləyir və 2021-ci ilin martına qədər onlardan biri istehsal prosesinə başlayacaq.

Editor.az oxu.az-a istinadən əbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin texnoloji inkişaf şöbəsinin müdiri Hüseyn Vətənpur deyib.

Onun sözlərinə görə, o vaxta qədər ölkədə insan papillomavirusu (HPV) və H1N1 qripinə qarşı peyvəndlər də mövcud olacaq.

“Peyvəndin inkişafında irəliləyişimiz xarici analoq məhsullarla rəqabət apara bilər”, – deyə o, sözlərini yekunlaşdırıb.

Mövzunu Facebookda şərh et