Rusiya XİN-in 40-a yaxın əməkdaşı koronavirusa yoluxub, 1 nəfər ölüb

22:03 | 29 İyun, 2020

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) 40-a yaxın əməkdaşı yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxub.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“40-a yaxın əməkdaşımız koronavirusa yoluxub. Bir nəfər vəfat edib. Koronavirusdan ölən şəxsin 62 yaşı olub, onun həyat yoldaşı təcili tibbi yardım xidmətində çalışıb və görünür ki, o, xəstəliyi asimptomatik olaraq keçirib”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Mövzunu Facebookda şərh et