backend

Daha bir direktor jurnalisti təhqir etdi: “Qələt edib mənə zəng vurmusunuz!”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni tədris ili başlayar-başlamaz müəyyən problemlər artıq baş qaldırır.
Sumqayıtda valideynlər tərəfindən Xeberle.com saytının elektron ünvanına və sosial şəbəkələrdəki səhifələrinə orta məktəblərdə yığılan təmirpulu ilə bağlı şikayətlər daxil olub.
Editor.az xəbər verir ki, valideynlər tərəfindən irəli sürülən iddialara cavab tapmaq üçün saytın əməkdaşı Sumqayıt şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva ilə əlaqə saxlayıb. R.Tağıyeva jurnalistə kobud şəkildə cavab verib:
“Mən heç kimdən pul yığmıram. Məndən başqa bütün məktəblər pul yığır bu bir, ikincisi isə sizə heç bir haqq vermirəm. Siz mənə qələt edib zəng etmisiniz. Fsyo!”.
Ruhiyyə Tağıyeva ötən ilin aprel noyabr ayları ərzində Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb. O, müdir postu ilə vidalaşdıqdan sonra 1 saylı məktəbə direktor vəzifəsinə təyin olunub.