Moskvada koronavirusdan daha 39 nəfər ölüb

10:19 | 2 İyul, 2020

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 39 nəfər ölüb.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: “Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 39 xəstə dünyasını dəyişib”.

Qeyd edək ki, Moskvada koronavirusdan ölənlərin ümumi sayı 3 870 nəfərə çatıb.

Mövzunu Facebookda şərh et