Xaricdə əmlakı olanlara PİS XƏBƏR

10:54 | 2 İyul, 2020

Xaricdə əmlak sahibi olanlar ciddi problemlə üzləşə bilər.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, koronavirus böhranı fonunda Avropa ölkələrində qəsbkarlar fəallaşıb – işsizlər, miqrantlar və sadəcə “ideya uğrunda mübarizə aparanlar” boş evləri, o cümlədən, xarici ölkə vətəndaşlarının əldə etdikləri əmlakı qəsdən mənimsəməyə başlayıblar.

Problem burasındadır ki, qanunsuz formada evləri zəbt edən insanları mülkdən yalnız məhkəmə yolu ilə çıxarmaq mümkündür. İspaniya vətəndaşı olmayan əcnəbilər üçün bu, çox uzun, mürəkkəb, əziyyətli və bahalı prosesdir.

Qəsbkarlıq və ya qəsbetmə başqasının əmlakını qanuni sahibi və ya kirayəçisi olmayan, habelə ondan istifadə üçün hər hansı hüququ olmayan şəxslərin özgə əmlakına icazəsiz daxil olması və yerləşməsidir.

İspaniyanın Aralıq dənizi sahillərində bir neçə daşınmaz əmlakın sahibi olan Natalya adlı Almeriya sakini bildirib ki, son aylarda qəsbkarlıq problemləri o qədər çoxalıb ki, Basklar ölkəsinin bir çox şəhərlərində yerli sakinlər güclərini birləşdirərək, boş evləri tutan qəsbkarları zorla oradan çıxarmalı olurlar.

Natalya qeyd edib ki, qəsbkarlar digər insanların evlərinə və mənzillərinə çox vaxt bütün ailələri ilə birlikdə köçürlər. Mənzil işğalçıları, adətən, Afrika ölkələrindən, MDB-dən, Şərqi Avropadan, ABŞ-dan, Braziliya və Mərakeşdən, hətta Litvadan gələnlər və qaraçılardır.

Onların arasında kasıb və işsiz olmayanlar da var. Qeyd olunur ki, əksər hallarda bu şəxslər orta təbəqədən olan, ipoteka kreditini qaytara bilməyən olduqca ləyaqətli insanlardır.

Çağırılmamış qonaqları tutduqları mülklərdən hətta polisin köməyilə çıxarmaq çox çətindir. Burada güc işləmir – belə vəziyyətdə ev sahibi polisə özü müraciət edə bilər. Yerli siyasətçilər artıq İspaniya hökumətindən özgə əmlakının işğalçılarına qarşı qanun qəbul edilməsini tələb ediblər.

Mövzunu Facebookda şərh et