Kaliforniyada atışma zamanı dörd nəfər yaralanıb

10:59 | 2 İyul, 2020

ABŞ-ın Oklend şəhərində (Kaliforniya ştatı) baş verən atışmada ən azı dörd nəfər yaralanıb

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə öz Twitter səhifəsində şəhər polisi bildirib.

Məlumatda bildirilib ki, atışma ilə bağlı Oklend şəhər Polis Bölməsi Kaliforniya Yol Patruluna kömək edir:

“Hazırda dörd nəfərin xəsarət alması barədə məlumat daxil olub”.

Mövzunu Facebookda şərh et