Yaponiya “6G” rabitə sistemlərinin hazırlanmasına 653 milyon dollar ayıracaq

11:37 | 2 İyul, 2020

Yaponiya hakimiyyəti 2030-cu ildə tətbiqi planlaşdırılan altıncı nəsil mobil rabitə sistemlərinin hazırlanması ilə məşğul olan şirkətlərə 70 milyard yen (təxminən 653 milyon dollar) ayırmaq niyyətindədir.

Editor.az ictnews.az-a istinadən bildirir ki, bir müddət əvvəl Yaponiya Nazirlər Kabineti yanında yeni formatın tətbiqi üçün kompleks strategiyanın hazırlanması məqsədilə texniki mütəxəssislərdən, özəl biznes və müvafiq idarələrin nümayəndələrindən ibarət Ekspert Şurası yaradılıb. Hazırda ölkədə beşinci nəsil mobil rabitə şəbəkələrinə (5G) keçid həyata keçirilir. Bu istiqamətdə ölkə “5G” şəbəkəsinin daha tez istifadəsinə başlandığı ABŞ və Koreya Respublikasından geridə qalır. Bundan başqa, Yaponiya hökuməti müvafiq avadanlığın hazırlanmasında Çindən geridə qalmağa görə narahatlıq keçirir.

Hazırda isə ölkə hökuməti bizneslə əməkdaşlıqda bu boşluğu aradan qaldırmaq və daha sürətli və daha etibarlı altıncı nəsil sistemlərə keçiddə liderliyi ələ almaq niyyətindədir. “6G” texnologiyasından, məsələn, sürücüsüz nəqliyyat vasitələrində, distansiyadan tibbi xidmətdə geniş istifadə nəzərdə tutulur.

Mövzunu Facebookda şərh et