Meksikada reabilitasiya mərkəzinə hücum edilib, ölənlər var

11:43 | 2 İyul, 2020

Meksikada narkomanlar üçün qanunsuz reabilitasiya mərkəzinə silahlı hücum nəticəsində 20-dən çox insan həlak olub.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə “Guanajuato Informa” nəşri Meksikanın Quanaxuato ştatı polisinin rəhbəri Pedro Kortes Alkalaya istinadən bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 24 ölənlərin cəsədi, eləcə də yeddi yaralı tapılıb.

Bildirilib ki, Meksikanın İrapuato şəhərində reabilitasiya mərkəzinə hücum üç yük maşını ilə gələn bir qrup şəxs tərəfindən həyata keçirilib.

Mövzunu Facebookda şərh et