Beynəlxalq uçuşlara tətbiq edilən qadağanın müddəti uzadıldı

13:36 | 2 İyul, 2020

Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi (“Rosaviasiya”) beynəlxalq uçuşlara tətbiq edilən qadağanın müddətini uzadıb.

 

Pravda.az-ın xəbərinə görə, “Rosaviasiya” koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşların məhdudlaşdırılması haqqında qərarın müddətini avqustun 1-nə kimi uzadıb.

 

Federal Agentlik ölkənin hava limanlarına və aviaşirkətlərə teleqram göndərib. Həmin teleqramda xarici ölkə vətəndaşlarının Rusiyaya girişinə qadağının müddətinin uzadılması öz əksini tapıb.

 

“31.07.2020-ci il saat 23:59-a kimi xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyası ərazisinə daxil olması haqqında qadağa qüvvədədir”, – deyə bildirilib.

 

Qeyd edək ki, bir müddət əvvəl “Rosaviasiya” iyulun 15-dən beynəlxalq uçuşların bərpa olunacağı haqqında məlumat yayıb.

Mövzunu Facebookda şərh et