backend

Yol qəzasında komaya düşən qız dünyasını dəyişdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
O, 3 saylı Kliniki Tibbi Mərkəzdə komadan ayılmayaraq keçinib
Sentyabrın 5-də Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı komaya düşən 4 nəfərdən biri dünyasını dəyişib.
Editor.az “Report”a istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Səmədova Sevinc Şahin qızı müalicə aldığı 3 saylı Kliniki Tibbi Mərkəzdə komadan ayılmayaraq dünyasını dəyişib. Qeyd edək ki, qəza Kürdəxanı qəsəbəsində baş verib. “90-NF-513” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən “188” evakuator xidmətinə məxsus “90-JZ-887” dövlət qeydiyyat nişanlı “MAN” markalı yük maşınına arxadan çırpılıb. Hadisə “MAN” dönmə əməliyyatı edərkən baş verib.
Nəticədə “Mercedes”də olan 22 yaşlı Cəfərova Ramilə Ramiz qızı hadisə yerində dünyasını dəyişib. Daha 4 nəfər isə yaralanaraq 1-ci dərəcəli koma vəziyyətinə düşüb. Hazırda yaralılardan 1999-cu il təvəllüdlü Həsənov İbrahim Bəhruz oğlunun da vəziyyəti olduqca ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanıb.