ATU baş epidemioluqun açıqlamasına aydınlıq gətirib

19:16 | 2 İyul, 2020

“Bu gün ölkə mediasında Azərbaycan Tibb Universitetinin epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev barəsində bəzi məlumatlar yayılıb”.

Editor.az APA-ya istinadən xəbər verir ki, ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanovanın dediyinə görə, karantin rejimi ilə əlaqədar universitetdə tədris prosesi dayandırıldığına görə yaşı 65-dən yuxarı olan professor İbadulla Ağayev hazırda işə çıxmır: “O, bu gün 2 nəfər qohumu ilə birgə Bakıdan kənarda, ailə üzvünün dəfnində iştirak edib. Jurnalist zəng edərkən İ.Ağayev məhz dəfn mərasimində olub. Bu durumda bir qədər emosional danışaraq jurnalistə yalnız axşam cavab verə biləcəyini bildirib.

İ.Ağayev tutduğu vəzifəyə əsasən, ictimai əsaslarla Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş epidemioloqu kimi fəaliyyət göstərir.

Digər tərəfdən, xatırlatmaq istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, respondentin xəbəri olmadan onun səsini yazıb paylaşmaq qanun pozuntusudur.

Qeyd edək ki, ATU rəhbərliyi məsələ ilə bağlı ətraflı araşdırma aparacaq”.

Mövzunu Facebookda şərh et