Göygöldə 2 avtomobil toqquşub, xəsarət alanlar var

19:42 | 2 İyul, 2020

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayondakı Bayraq Meydanının yaxınlığında qeydə alınıb. Belə ki, “VAZ 2107” markalı minik maşını digər minik avtomobili ilə toqquşub. Qəza zamanı 2 nəfər – 1998-ci il təvəllüdlü Kəpəz Göyüşov və 2000-ci il təvəllüdlü Aydın Yusibov xəsarət alaraq xəstəxaya yerləşdirilib.

Hər iki xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

//Milli.az

Mövzunu Facebookda şərh et