İsmayıllıda 3 uşaq atası özünü asıb

19:48 | 2 İyul, 2020

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Editor.az APA-ya istinadən xəbər verir ki, İsmayıllı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Elşad Səfəralı oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Üç uşaq atası olan E.İsmayılovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mövzunu Facebookda şərh et