backend

OMON azərbaycanlıların yas mərasiminə basqın etdi: 40 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Çelyabinsk şəhərində qətlə yetirilmiş kikboksinq üzrə dünya çempionu Ramil Canıyevin cənazəsi Azərbaycana gətiriləcək və Cəlilabad rayonunda dəfn ediləcək
 
bu barədə Ümumrusiya Azərbaycanlıları Konqresinin Çelyabinsk vilayəti şöbəsinin sədri Rafael Quliyev məlumat verib. R.Quliyevin dediyinə görə, hadisəni törədən 26 yaşlı azərbaycanlı Eldəniz Bağırov barəsində axtarış elan olunub.
“Hadisənin hansı səbəbdən baş verdiyini bilmirik. Yəqin istintaq araşdıracaq”.
Bu arada dünən Çelyabinskdə yerləşən “Bakinskiy dvorik” restoranına OMON tərəfindən basqın olub. Həmin restoranda mərhum Canıyevin hüzr mərasimi keçirilirmiş. Mərasim iştirakçıları ilə kobud rəftar edən OMON onlarla azərbaycanlını yerli polis şöbəsinə aparıb. Mərhumun atası Qurbanəli Canıyev hətta öz sənədlərini belə OMON komandirinə təqdim etsə də, polis onun özünü belə saxlayıb.
“Təxminən 40-dan çox azərbaycanlı saxlanıldı. Onların hamısından ifadə alındı. OMON öz hərəkətini belə izah etdi ki, onlar gözlənilə biləcək münaqişənin qarşısını almaq üçün profilaktik iş aparırlar. Amma günün sonuna qədər həmin şəxslər sərbəst buraxıldı”, – Quliyev deyib.
// lent.az