Məşhur aparıcı: “Anam ölüm-dirim savaşı verir, xəstəliyə laqeyd yanaşmayın” – FOTO

10:16 | 3 İyul, 2020

“Anam bu dəqiqə ölüm-dirim savaşı verir. Hələ də xəstəliyə inanmayan varsa, inanın artıq”.

Oxu.Az xəbər verir ki, bunu ATV telekanalının aparıcısı Pərvin Əsgərli əhali arasında koronavirusa inanmayanlara çağırış məqsədilə etdiyi paylaşımda yazıb.

Anası koronavirusa yoluxan həmkarımız paylaşımında insanları biganə, laqeyd davranışlardan çəkinməyə səsləyib:

“Bu gün səhər anamın “artıq nəfəs ala bilmirəm” kəlməsilə oyandım. Anam da COVID-19-dan əziyyət çəkir. Neçə gündür ki, evdə müalicə etdiririk. İnhlyasiya aparatı ilə yatıb durur. Amma yenə də nəfəs almaqda əziyyət çəkir. Bu zəhrimar onu da sınağa çəkir.

Əgər hələ də inanmayanlar varsa, lütfən inanın. Anam bu dəqiqə ölüm-dirim savaşı verir. Allah onu mənə çox görməsin! Bəli, böyük əksəriyyət xəstəliyi ayaq üstə keçirir, amma bir qisim insanlar bu xəstəlikdə ən ağır simptomlarla mübarizə aparır. Ən yaxşı halda qalıcı fəsadlar olur. Ən pis halın adını dilimə gətirmək istəmirəm, amma istəklərin bir önəmi qalmayıb. Səhhətimizə və ətrafımıza biganəliyimiz sonumuz ola bilər!”

Mövzunu Facebookda şərh et