TƏBİB sədri: “Aktiv xəstələrdən 59 nəfər süni tənəffüs cihazına qoşuludur”

13:34 | 3 İyul, 2020

“Hazırda aktiv xəstələrdən 59 nəfər süni tənəffüz cihazına qoşulu vəziyyətdədir. 267 nəfər isə reanimasiya şöbəsində müalicə alır”.

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O qeyd edib ki, Azərbaycanda ölüm halları 2 faizin altındadır: “Karantin rejimi tətbiq etməsəydik, say 3-5 qat artıq olardı. Say sabit saxlanılsa da, bu yetərli deyil və xəstəxanaların yükü artır”.

//Report

Mövzunu Facebookda şərh et