Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu, yeddi nəfər vəfat etdi – RƏSMİ

13:37 | 3 İyul, 2020

“Azərbaycanda bu gün 583 nəfərdə yeni növ koronavirusa yoluxma faktı qeydə alınıb”.

Oxu.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib, sağalanların sayı isə 395 nəfərə çatıb.

Sutka ərzində bütün ərazilər üzrə yoluxma hallarının müəyyənləşdirilməsi üçün 7 min 137 test icra olunub.

Mövzunu Facebookda şərh et