“Məktəbdə yuxarı sinif uşaqlarından bir-iki oğlanı sevirdim” – Röya

14:35 | 3 İyul, 2020

“Məktəbi 1998-ci ildə bitirmişəm. Bir onu bilirəm ki, çox populyar idim, “W- Trio”da yer almışdım. Məktəbə məşhur biri kimi attestat almağa getmişdim”.

Editor.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “Tap-a- tap” layihəsinə qonaq olarkən deyib. Müğənni verilişdə məktəb illəri barədə verilən sualları cavablandırıb.

Röya daim yuxarı sinif şagirdləri ilə dostluq etdiyini, hətta bir neçə oğlanı sevdiyini bildirib: “Məktəbdə yarıya kimi rus, sonra Azərbaycan bölməsində təhsil almışam. Yaxşı oxumamışam. 10 yaşımdan etibarən davamlı olaraq məktəbə gedə bilməmişəm. Qardaşlarım dünyaya gəlib, iki bacı onlara baxmışıq.

Məktəb illərində yadımda qalan o olub ki, benzin qoxusunu çox sevirdim. Axıra qalıb döşəməni benzinlə silib təmizləmək istəyirdim. Bundan əlavə, Xəyyam Nisanovla davalar edirdik, yuxarı sinfin uşaqları ilə dostluq etməyi sevirdim. Yuxarı sinif uşaqlarından bir-iki oğlanı sevirdim. Onların üstündə həmişə Xəyyamla mübahisə edirdik”.

Mövzunu Facebookda şərh et