Fransada 10 həftəlik maska tələbi

14:51 | 3 İyul, 2020

Fransada COVID-19 epidemiyasının ikinci dalğasına hazır olmaq məqsədilə bütün qurumlardan işçi heyətlərinin sayına uyğun olaraq 10 həftəlik tibbi maska ehtiyatı tələb olunacaq.
Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Fransanın iqtisadiyyat üzrə dövlət katibi Anyes Panye-Runaşer Senatda keçirilən dinləmədə bildirib. O deyib ki, virus yenidən yayılmağa başlayarsa, insanları vaxtında maska ilə təmin etmək lazımdır.

Dinləmələrdə, həmçinin ölkədə epidemiyanın geniş yayıldığı vaxtda bir çox müəssisələrin öz istehsallarını dayandıraraq maska istehsalına başladıqları və bir çox müəssisələrdən maska sifarişi aldıqları barədə fikirlər səsləndirilib. Bildirilib ki, bu gün həmin sifarişlərin çoxu ləğv olunduğundan aidiyyəti müəssisələr çətin vəziyyətdə qalıb. Dövlət katibi maska sifarişlərini ləğv edən yerli kollektivləri məsuliyyətli olmağa çağırıb.

Mövzunu Facebookda şərh et