Bir gündə 6000 nəfər koronavirusa yoluxdu – Meksika ilk onluğa daxil oldu

16:29 | 3 İyul, 2020

Koronavirusa yoluxanların sayının sürətlə artması və müxtəlif ölkələrdə yayılması ilə əlaqədar olaraq bu virusa tutulanların sayına görə hazırlanan siyahıda hər gün mənfi yöndə dəyişikliklər baş verir.

Əvvəllər siyahının birinci yerində Çin dayanırdısa, hazırda ABŞ birinci yerdə qərarlaşıb. Qonşu ölkələrdən Rusiya siyahının üçüncü yerindədir.

İlk onluğa yeni daxil olan ölkələr də var. Peru, Meksika və Çili bir müddət əvvəl ilk onluqda qərarlaşıblar. Bu üç ölkə arasında ən ağır vəziyyət isə Meksikadadır. Belə ki, Meksikada 238 mindən çox insan koronavirusa yoluxub, 29189 insan Covid-19 səbəbəindən dünyasını dəyişib. Ötən sutka ərzində 6 mindən çox insanda yoluxma faktı qeydə alınıb.

Digər qonşu ölkələrdən İran və Türkiyə onluqdan çıxıb. Virusun ilk yayıldığı ölkə olan Çin hazırda 22-ci yerdədir.

Koronavirus infeksiyası ötən ilin noyabr ayında Çinin Uhan şəhərindən yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

//Milli.az

Mövzunu Facebookda şərh et