Ülvi Mehdiyev: 85 minə yaxın icazə ləğv edilib

20:37 | 3 İyul, 2020

“Bəzi təşkilatlar icazə sistemindən sui istifadə edir, lazım olmayan işçilərə icazə alırlar. Bu səbəbdən 85 minə yaxın icazə ləğv edilib”.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Ü.Mehdiyev vurğulayıb ki, bir sıra əməkdaşlar icazədən aidiyyatı üzrə istifadə etməyib.

Onun sözlərinə görə, bu səbəbdən 85 minə yaxın icazə ləğv edilib.

Ü.Mehdiyev əlavə edib ki, həftə sonu icazədən istifadə oluna bilməz, icazəsi olan şəxslər həftə sonu icazədən sui-istifadə edib evdən çıxa bilməz, bunun üçün onlar sıravi vətəndaşlar kimi 2 saatlıq icazə alıb çıxa bilərlər.

O əlavə edib ki, xüsusi karantin rejimi tətbiq edilən 2 həftə ərzində 750 minə yaxın icazə alınıb.

Mövzunu Facebookda şərh et