Messi “Barselona”dan gedir – Sensasiyalı iddiabackend

Messi “Barselona”dan gedir – Sensasiyalı iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın kapitanı Lionel Messi 2021-ci ildə klubu tərk etmək haqda düşünür.

Editor.az qol.az-a istinadən xəbər verir ki, bu sensasiyalı xəbəri “Cadena SER” yayıb.

Əvvəlcə argentinalı gələn il başa çatacaq müqavilənin uzadılması üçün klubla danışıqlar aparıb. Amma komandanın son vaxtlar uğursuz çıxışlarından sonra o, dəyişikliklər barədə düşünməyə başlayıb.

Messinin yaxın ətrafına “Barselona”dan getmək istədiyini dediyi bildirilir. İddia edilir ki, kapitan klub ətrafında gəzən söh-söhbətlərdən və həlledici anlarda özünün ön plana çıxırılmasından yorulub. Həmçinin o, komandanın daimi uğurları üçün layihənin hazırlanmamasından narazıdır.