Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 500 mini ötdü

20:43 | 3 İyul, 2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 3-nə olan statistik göstəriciləri açıqlayıb.

Editor.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 137 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 502 965 test aparılıb. Aktiv xəstə sayı 8 212 nəfərdir, onlardan 267 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Mövzunu Facebookda şərh et