Koronavirusa yoluxma hallarının sayına görə Latın Amerikası Avropanı geridə qoyub

10:42 | 4 İyul, 2020

Koronavirus pandemiyası başlayandan bəri ilk dəfə olaraq Latın Amerikası ölkələri yoluxma hallarının sayına görə Avropanı geridə qoyub.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, Cənubi Amerika ölkələrində ümumilikdə 2 milyon 730 min yoluxma halı rəsmi şəkildə qeydiyyata alınıb. Avropada isə bu göstərici 2 milyon 700 minə yaxındır.

Qitələrarası müqayisədə Şimali Amerika mənfi rekorda başçılıq edir. Burada 2 milyon 800 mindən artıq yoluxma halı mövcuddur ki, onun da təkcə 2,7 milyonu ABŞ-ın payına düşür.

Bütün dünya üzrə yoluxma hallarının sayı artıq 10,9 milyona çatıb, indiyədək 521 mindən artıq şəxs COVID-19 xəstəliyindən həyatını itirib.

Mövzunu Facebookda şərh et