Yaponiyada 145 mindən çox sakin təxliyə ediləcək

12:02 | 4 İyul, 2020

Yaponiyanın cənub-qərbində yağan güclü yağışlar səbəbindən Kumamoto prefekturasında 145 min nəfərin təxliyəsi elan edilib.

Editor.az APA-ya istinadən xəbər verir ki, Kaqosima və Kumamoto prefekturalarının bəzi yerlərində yağışlar səbəbindən təhlükənin beşinci, ən yüksək səviyyəsi elan edilib. Bu səviyyə yerli əhali üçün “canınızı qurtarın!” siqnalını verir. Kumamoto prefekturasında 80 min sakinin təcili təxliyə edilməsi göstərişi verilib, daha 65 min nəfərin təxliyəsi isə tövsiyə edilib.

Hələlik yağıntılar nəticəsində zərərçəkənlər barədə məlumat verilməyib.

Mövzunu Facebookda şərh et