Kabildə polis məntəqəsində partlayış baş verib, xəsarət alanlar var

19:26 | 4 İyul, 2020

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Editor.az Trend-ə istinadən bildirir ki, partlayış şəhərin 11 nömrəli polis məntəqəsində qeydə alınıb.

Bildirilir ki, partlayış nəticəsində 1 nəfər polis əməkdaşı və 1 dinc sakin yaralanıb.

İnsident digər təfərrüatları barədə məlumat verilmir.

Mövzunu Facebookda şərh et